Slimfit
  1. TEXNOLOGİYA

Samsung Galaxy S20 Plus xüsusiyyətləri və qiyməti

Samsung Galaxy S20 Plus xüsusiyyətləri və qiyməti
Sakura

Samsung Galaxy S20 Plus xüsusiyyətləri və qiyməti

İndiyə qədər S seqmentində 2 yeni məhsul təqdim edən Samsung bu il 3 yeni S modeli ilə qarşımıza çıxacaq.

 

TED.az xəbər verir ki, bu modellər S20, S20 Plus, və S20 Ultradır.

 Ümumiyyətlə, hər 3 modelin ortaq bir spesifikasiya cədvəlinə sahib olduğunu söyləyə bilərik. Fərqlər RAM, batareya və kamera tərəfində ortaya çıxır.

 Galaxy S20 Plus modeli həm güc, həm də texniki avadanlıq baxımından tarazlığa nail olmağı bacarır.

 162x74x7.8 mm ölçüdə olan S20 Plus modelinin çəkisi 188 qramdır. Telefonun ölçüsü 1440x3200 piksel olan 6,7 düymlük Dinamik AMOLED ekranı var. 524ppi piksel dərinliyində bu ekran Corning Gorilla Glass 6 texnologiyası ilə qorunur.

Telefonun arxasına keçdiyimiz zaman əsas kamera modulunun düzbucaqlı bir formada yerləşdiyini görürük. Bu yerləşdirmənin gözə xoş gəldiyini söyləmək olar.

 Galaxy S20 Plus qiyməti 1100 avro olaraq təyin olunub. Unutmaq olmaz ki, bu qiymət orta bir etiketdir. Yəni Galaxy S20 Plus-un qiyməti ölkədən ölkəyə fərqli ola bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR