Slimfit
  1. TEXNOLOGİYA

Samsung Galaxy S10 Lite smartfonu keyfiyyətli renderdə göründü

Samsung Galaxy S10 Lite smartfonu keyfiyyətli renderdə göründü
Sakura

Samsung Galaxy S10 Lite smartfonu keyfiyyətli renderdə göründü

Əvvəllər dəfələrlə mobil dünyada hazırlanan yeniliklər haqqında dəqiq məlumatlar verən Ice Universe adlı bloqer Samsung Galaxy S10 Lite smartfonunun keyfiyyətli renderini təqdim edib.

Xəbər verilir ki, məlumat sızmasının mənbəyi mobil cihazlar üçün aksesuar istehsalçılarından biri olub. Şəkildə görünür ki, Galaxy S10 Lite smartfonu sağ yuxarı küncdə çıxıntısı olan displeylə təchiz olunub ki, burada da ön kamera yerləşir.

Cihazın korpusunun aşağı hissəsində qulaqcıqlar üçün standart  3,5mm yuvasını görmək olar. Şəkil onu deyir ki, yenilik akkumulyator batareyasının simsiz doldurulmasını dəstəkləyir.

Şayələrə görə, Galaxy S10 Lite diaqonal üzrə 5,8 düymlü ölçüdə ekran əldə edəcək. Satış regionundan asılı olaraq Qualcomm Snapdragon 855 və ya Samsung Exynos 9820 istifadə olunacaq. Həmçinin ikili əsas kamera qeyd olunub.

Smartfonun anonsu 24 fevralda gözlənilir ki, bu da  Mobile World Congress 2019 tədbirinin açılışından bir gün əvvələ təsadüf edir. Galaxy S10 Lite modeli ilə birlikdə Galaxy S10 (6,1 düym) və Galaxy S10+ (6,4 düym) cihazları təqdim olunacaq.

Daha sonra beşinci nəsil mobil şəbəkəni (5G) dəstəkləyən Galaxy S10 smartfonu buraxılmalıdır. Əldə olan məlumatlara əsasən, bu cihaz 6,6 düymlü ekranla təchiz olunacaq. 

 

Mənbə: 3dnews.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR