Dərc edildi: Baxış sayı: 366
Şair Əbülfət - Mənim
Yaman düşdü eldən-elə,
Daşım mənim, daşım mənim.
Nələr çəkdi gələ-gələ,
Başım mənim, başım mənim.
Qəm dəryası ləpələndi,
Dərdim artdı, təpələndi,
Diyar-diyar səpələndi
Huşum mənim, huşum mənim.
Əlif qəddim yaya döndü,
Gözüm yaşı çaya döndü,
Yaman ahü vaya döndü,
İşim mənim, işim mənim.
Qul Əbülfət günahkardır,
İşi-gücü ahü zardır.
Dörd fəsilə barabardır
Qışım mənim, qışım mənim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət