Dərc edildi: Baxış sayı: 410
Şair Əbülfət - İnşallah
Ey könül, qəm yemə, Allah kərimdi,
Yaradan imdada çatar, inşallah!
Yusifi quyudan çıxardan kişi
Əl atıb, dəstindən tutar, inşallah!
Salavat çevirər günahsız əllər,
Savabla yoğrular işlər, əməllər.
Bar verər ağaclar, baş açar güllər,
Sevinər bülbüllər, ötər, inşallah!
Əbülfət, qəm yemə, gələr zamana,
Belə müşkül işlər çıxar asana.
Yön çevir dərgahi-Şahi-mərdana,
Əlin ətəyinə yetər, inşallah!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət