Dərc edildi: Baxış sayı: 355
Şair Əbülfət - Ey fələk
Bu dərd məni tez öldürər,
Çoxdu azarım, ey fələk!
Kəsilibdi tabü təvan,
Səbrü qərarım, ey fələk!
Çalışdım, itdi əməyim,
Qəbula keçmir diləyim,
Yuxladı arxam, köməyim,
Yandı ciyərim, ey fələk!
Mənim adım Əbülfətdi,
Dərdim dillərdə söhbətdi,
Sözüm dürdü, zəbərtəcdi,
Yoxdu xirdarım, ey fələk!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət