Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Ta mənim könlümdə, cana, həsrəti-cananədi

Şah İsmayıl Xətai - Ta mənim könlümdə, cana, həsrəti-cananədi
Sakura

Şah İsmayıl Xətai - Ta mənim könlümdə, cana, həsrəti-cananədi

Ta mǝnim könlümdǝ, cana, hǝsrǝti-cananǝdir,
Hǝq bilür kim, ağlamaqdan gözlǝrim peymanǝdir.

Arizin gülşǝn dürür, canım ona bülbül kimi,
Rüxlǝrin çün şǝmidir, könlüm ona pǝrvanǝdir.

Mǝn sǝna hǝrdǝm dualar qılıram, ey bivǝfa,
Ey sǝnǝm, neyçün sǝnin hǝr gündǝ qǝsdin canǝdir?

Gǝrçi zülmǝtdir saçın, yüzün ana xurşidvar,
Lǝblǝrin tǝmi nǝ nisbǝt çeşmeyi-heyvanǝdir.

Dǝrdi-eşqindǝn sǝnin gǝr istǝsǝm dǝrdü ǝlǝm,
Neylǝsin bu xǝstǝ könlüm, dǝrd ilǝ hǝmxanǝdir.

Bağça içindǝ güli-ǝhmǝr nǝ nisbǝt vǝchinǝ,
Ol yanağın qatinǝ, can lölöyi-hǝmra nǝdir?

Bu Xǝtai başdan ayağa üzülmüşdür tamam,
Neşǝ kim, ol zülfinǝ mǝhrǝm hǝmişǝ şanǝdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR