Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Neylərəm ol cənnəti içində dildar olmasa

Şah İsmayıl Xətai - Neylərəm ol cənnəti içində dildar olmasa
Sakura

Şah İsmayıl Xətai - Neylərəm ol cənnəti içində dildar olmasa

Neylǝrǝm ol cǝnnǝti içindǝ dildar olmasa, 
Qoy anı viranǝ qalsın bağçada bar olmasa. 

Ğǝflǝt ǝhli qaldı hǝqdǝn şöylǝ bil kim, binǝsib. 
Qanda didarı görür, ol bunda bidar olmasa. 

Dünyada aşiq olan geydi mǝlamǝt donunu, 
Hǝr yetǝn aşiq olurmu dǝrd ana kar olmasa. 

Aşiqin meydanda başı top yerinǝ çalınur, 
Başını meydana qoymaz kim ki, sǝrdar olmasa. 

Doğruluq dost qapısıdır, doğru gǝl gir bu yola, 
Əyri meydanda utanur, onda iqrar olmasa. 

Ey Xǝtai, gövhǝri xǝrc eylǝmǝ nadanǝ sǝn, 
Gövhǝrin qǝdrini bilmǝz gǝr xiridar olmasa.

Hüsnin bǝyani sureyi-Yasinü Hǝlǝta, 
Ey Kǝbeyi-mübarǝkü vey Mǝrveyi-Sǝfa. 

Dövri-fǝlǝk verirsǝ mǝnǝ ixtiyarını, 
Bir tari-muyini du cǝhana qılam baha! 

Gǝlmiş deyil, gǝlibdürǝ bilmǝz beruzi-hǝşr, 
Dövri-qǝmǝr sǝnin tǝki bir şahi-mǝhliqa. 

Kim ki, vüsalın istǝsǝ ixlasilǝ sǝnin, 
Üstündǝ zill sayǝ sǝadǝt dutar hüma. 

Toprağa bas ayağını, ey gözlǝrim nuri, 
Kim, xaki-payini dilǝrǝm bǝhri-tutiya. 

Şeydavü mǝstü valehü heyranǝm, ey sǝnǝm, 
İxlasilǝ yolunda mǝnǝm rindü canfǝda. 

Xurşidü mahü cümlǝ sitarǝ bir ǝncümǝn, 
Qıldı sücud surǝtinǝ ey ǝzizi-ma. 

Ruhi-müsǝvvǝr oldu yüzündǝn bǝabü gil, 
Sǝnsǝn şǝha, bu ǝhsǝni-tǝqvimǝ kimiya. 

İnsan deyirdi göydǝ mǝlǝk yoxidi hǝnuz, 
Sǝn var idin cahanda, ǝya dürri-ibtida. 

Hǝmtası ol şǝhǝnşahi-ǝzǝm nigarımın, 
Yoxdur bǝhǝqqi-hörmǝti-övladi-Müstǝfa. 

Yarın yolunda xǝstǝ Xǝtai yoruxmǝ tiğ, 
Olgil şǝhidi-dǝşti-biyabani-Kǝrbǝla.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR