Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Əhli-həyatə söylərəm, ey həyyi-laməmat

Şah İsmayıl Xətai - Əhli-həyatə söylərəm, ey həyyi-laməmat
Sakura

Şah İsmayıl Xətai - Əhli-həyatə söylərəm, ey həyyi-laməmat

Əhli-hǝyatǝ söylǝrǝm, ey hǝyyi-lamǝmat, 
Fani cahanda kimsǝyǝ munis deyil hǝyat. 

Baqidir ol ki, derlǝr ani vacibǝlvücud, 
Fǝrmandır ana mümtǝnat ilǝ mümkinat. 

Can bǝxş edǝr, mǝmatǝ lǝbin, ey mǝsihi-dǝm, 
İsalǝrin ǝcǝbmi dǝmindǝn bu möcüzat. 

Şǝtrǝnc dǝhr içindǝki at oynadan hani? 
Tǝqdir beydǝqi anı bir dǝmdǝ qıldı mat. 

Çün qul olan qapında görǝr qǝdr sǝltǝnǝt, 
Bir qulunam ki, vermişǝm ol qǝdr içün bǝrat. 

Yetmǝz Xǝtai zikri-ilahın nüfusinǝ. 
Bir zat imiş ki, irmǝz ona zatilǝn sifat. 

Sǝrxoşi-cami-ǝlǝstǝm, ta ǝbǝd hüşyar mǝst, 
Mǝsti-Layǝqǝl gǝzǝr, mǝn şǝhr içindǝ ar mǝst, 

Sordular mǝndǝn ki, neyçün bidil oldun, mǝn dedim; 
Ol sǝbǝbdǝn bidil oldum, dilbǝrü dildar mǝst. 

Hǝqqinǝ aşiq olanlar cana şirin qalmasın, 
Didara müştaq olanlar, qiblǝsi didar-mǝst. 

Hǝr qǝmişdǝn şǝkkǝr olmaz, hǝr tikǝndǝn tazǝ gül, 
Hǝr keyikin göbǝyindǝn nafǝyi-tatar mǝst. 

Adǝmi oldur ki, onda lütfü hüsnü xülq ola, 
Adǝmi demǝ ona kim, cübbǝvü dǝstar mǝst. 

Daima istǝr Xǝtai, şah cǝmalın görmǝgǝ, 
Şol gǝdayi-alihümmǝt talibi-didar mǝst.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR