Dərc edildi: Baxış sayı: 365
Rüstəm Umerov istefa verib? - Rəsmi
Ukrayna Müdafiə Nazirliyi qurumun rəhbəri Rüstəm Umerovun istefası ilə bağlı yayılan xəbərləri təkzib edib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Hromadske” nəşri nazirliyə istinadən məlumat yayıb.
Bildirilib ki, sosial şəbəkə istifadəçiləri Müdafiə Nazirliyinin tibbi komissiyalarının prosedurunda dəyişikliklərlə bağlı əmri nazir deyil, onun müavini İvan Qavrilyukun imzaladığını bildiriblər.
Nazirlikdən isə vurğulayıblar ki, sərəncamda nazirin imzasının olmaması onun istefası demək deyil:
"Aprelin 27-də sərəncam imzalananda Umerov ezamiyyətdə idi və bu səbəbdən onun səlahiyyətlərini birinci müavini Qavrilyuk həyata keçirirdi".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət