Slimfit
  1. DÜNYA

Rus kommunistlər “Çernobıl” filminin qadağan edilməsini tələb edirlər

Rus kommunistlər “Çernobıl” filminin qadağan edilməsini tələb edirlər
Sakura

Rus kommunistlər “Çernobıl” filminin qadağan edilməsini tələb edirlər

Hurriyyet.org xəbər verir ki, Rusiya Kommunist Partiyası Sovet İttifaqı dövründə baş vermiş nüvə fəlakətindən bəhs edən Çernobıl filminin Rusiyada nümayişinin qadağan edilməsini tələb edib.
Rusiya Kommunist Partiyasının İcraiyyə Komitəsinin başçısı Sergey Malinkoviç Rusiyanın Rabitə Nazirliyinin federal şöbəsi olan Rabitə, İnformasiya Texnologiyalar və Kütləvi Kommunikasiyalar üzrə Federal Xidmətinə (Roskomnadzor) rəsmən müraciət edərək, bütün dünyada böyük əks-səda vermiş “Çornobıl” filminin Rusiyada qadağan edilməsini tələb edib. Kommunist Partiyası filmin Qərb ölkələrinin Rusiyaya qarşı qara təbliğat vasitəsi olduğunu bildirib. Malinkoviç filmin əvvəldən-axıra qədər SSRİ ilə bağlı qara təbliğat yaydığını söyləyərək deyib: “Çernobıl faciəsi olmuş hadisədir. Lakin HBO kanalı bu fəlakəti ideoloji hədəfə çevirib”.
Malinkoviç filmin detallarındakı xronologiyanın, məlumatların və hekayənin tamamilə uydurma olduğunu iddia edib.
1986-cı il aprelin 26-da Ukraynanın Çernobıl şəhərində olan atom elektrik stansiyasında böyük bir partlayış baş vermiş və bu qəzanın ağır nəticələri sadəcə Ukrayna, Belarusiya və Rusiyada deyil, keçmiş SSRİ məkanında, Şərqi Avropada, Qara dəniz sahillərində, Türkiyə və başqa ölkələrdə də hiss edilmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR