Roma Papası Yeni Zelandiya məscidlərində hücuma məruz qalanlar üçün dua edib
Roma Papası Francis cümə günü Yeni Zelandiya məscid hücumlarında öldürülənlər üçün dua edib.
"Mən müsəlman qardaşlarımızın yanındayam", - Papa Francis deyib.
Papa Francis Vatikanda San Pietro meydanına toplaşmış insanlara ənənəvi bazar günü duası ilə müraciət edib.
"Bəşəriyyəti mütəəssir edən savaş və qarşıdurmaların ağrısına bu günlərdə Yeni Zelandiyada iki məscidə edilən qorxunc hücumun qurbanları üçün yaşanan acı hissi də əlavə edilib. Ölənlər, yaralananlar ve onların ailələri için dua edirəm. Müsəlman qardaşlarımızın və bütün camaatın yanındayam", - Roma Papası meydana toplaşan insanlara müraciəətində deyib.
Papa həmçinin çıxışında "nifrət və zorakılığa qarşı dua etməyə və barışa" çağırış edib.
"Həmımız birlikdə, öldürülən müsəlman qardaşlarımız üçün səssizcə dua edək", - deyən Roma Papası Vatikanda meydana toplaşmış minlərlə insanla birlikdə dua edib.
Yeni Zelandiyadakı məscidlərə edilmiş hücumlarla əlaqədar Vatikan Yeni Zelandiya hökümətinə başsağlığı göndərib.
Vatikanın Dövlət katibi Pietro Parolin tərəfindən göndərilən başsağlığında Papanın bu "faciədən" təsirləndiyi və hər kəs üçün dua etdiyi qeyd olunub.
Mənbə: BBC Azərbaycanca
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət