Slimfit
  1. GÜNDƏM

Robert Köçəryan Ermənistanı məhkəməyə verdi - təzminat tələb edir

Robert Köçəryan Ermənistanı məhkəməyə verdi - təzminat tələb edir
Sakura

Səbəb hakimin tibbi sirri açması olub.

 Ens.az-ın məhkəmənin məlumat portalına istinadən verdiyi məlumata görə, Ermənistanın ikinci prezidenti Robert Köçəryan, Maliyyə Nazirliyinin timsalında dövlətə qarşı iddia qaldırdı.

Köçəryan, qeyri-maddi ziyana görə kompensasiya olaraq iki milyon dram (4 min dollardan çox) tələb edir. İddia avqustun 19-da hakim Armenuhi Badiryana göndərildi.

Verdiyi müsahibədə Köçəryanın vəkili Hayk Alumyan iddia ərizəsinin səbəbinin, hakim Anna Danibekyanın martın 10-da keçirilən iclasda ikinci prezidentin icazəsi olmadan gizli olan məlumatları açıqlaması olduğunu söylədi.

"Medianın iştirakı ilə tibbi sirləri özündə əks etdirən sənədin tam mətnini oxudu və bunlar qanunla qorunan şəxsi məlumatlardır" dedi.

Qeyd edək ki, Köçəryan martın 10-da keçirilən iclasda iştirak etməyib. Sonra hakim Anna Danibekyan, "Erebuni" tibb mərkəzinin arayışını oxudu, ona görə ikinci prezidentə kəskin vestibulopatiya, 3-cü dərəcəli hipertoniya və ürək ritminin pozulması diaqnozu qoyulub. Sertifikata görə, Köçəryan məhkəmə iclasında iştirak edə bilməyib.

Xatırladaq ki, Ermənistanın ikinci prezidenti 1 mart 2008-ci ildə etiraz aksiyalarının dağıdılması ilə bağlı cinayət işi çərçivəsində konstitusiya quruluşunu devirməkdə ittiham olunur. Eks-prezident 2018-ci ildə iki dəfə həbs edildi. 25 iyun 2019-cu ildə isə üçüncü dəfə həbs edildi. 19 iyun 2020-ci ildə Apelyasiya Məhkəməsi onun 4 milyon dollarlıq girov müqabilində həbsdən azad edilməsi barədə qərar verdi. Köçəryanın vəkilləri və özü  dəfələrlə ona qarşı açılan cinayət işinin tamamilə uydurma olduğunu bildirib.

Mənbə: armeniasputnik.am

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR