Rəssam traktorun köməyilə koronavirus “yaratdı”
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Qambarin traktorun köməyilə Çin heroqlifləri təsvir edib və virusun adını latın hərfləri ilə yazıb. Bununla da o, “2019-nCoV” tipli koronavirusla mübarizəyə diqqəti cəlb etmək istəyib.
Xatırladaq ki, dekabrın 31-də Çin hökuməti ölkənin mərkəzi hissəsində yerləşən Uxan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə Dünya Səhiyyə Təşkilatına məlumat verib.
Mütəxəssislər xəstəliyin törədicisini təyin edərək, bunun “2019-nCoV” koronavirus olduğunu bildiriblər. Yeni epidemiya ilə əlaqədar Çinin, demək olar ki, bütün şəhərlərində karantin elan olunub.
Xəstəliklə əlaqədar hər gün onlarla insan həyatını itirir. Son məlumatlara görə, virusa yoluxanların sayı 17205 nəfərə yüksəlib, onlardan 2296-nın vəziyyəti ağır qiymətləndirilir, ölənlərin sayı isə 521 nəfərə çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət