Slimfit
  1. DÜNYA

Radiasiya zonasında doğulan ilk və tək qız - "Çernobıl" renesansının simvolu

Radiasiya zonasında doğulan ilk və tək qız - "Çernobıl" renesansının simvolu
Sakura

Radiasiya zonasında doğulan ilk və tək qız - "Çernobıl" renesansının simvolu

Son günlərin ən çox müzakirə olunan mövzularından biri "Çernobıl" serialıdır. Ən çox izlənilən mini-serial qısa zamanda bütün dünyanın diqqətini Çernobıl faciəsinə yönəldə bilib.

Milli.Az xəbər verir ki, Britaniyanın "Sunday Express" nəşri faciədən sonra onun təsir zonasında dünyaya gələn Mariykanın həyatı və ailəsi barədə məqalə hazırlayıb.

19 yaşlı Mariyka 1986-cı ildə Çernobıl AES-də baş vermiş dəhşətli qəzadan sonra həmin zonada doğulan ilk və tək şəxsdir.

O, 19 il əvvəl partlayışın baş verdiyi 4-cü nüvə reaktorunun cəmi bir neçə kilometr yaxınlığında dünyaya gəlib və orada böyüyüb.

Hökümət onlara başqa yerdə yaşamağa ev vermədiklərinə görə ailəsi oranı tərk etmək tələbinə etiraz edib.

Mariyka hazırda Kiyevdə universitet tələbəsidir və sağlamlığı ilə bağlı hər hansı problemi yoxdur. Onu hər kəs "Çernobıl" renesansının simvolu" hesab edir.

Mariyka Çernobılda yaşadığı müddətdə çaydan tutulan balıq və inək südü ilə qidalanıb.

"Mən çox yaxşıyam, oxuyuram, işləyirəm, özümlə fəxr edirəm, bu qədər!" - deyə Mariyka açıqlamasında söyləyib.

1999-cu ildə Ukrayna Mariykanın doğuşunu gizlətmək istəyib. Çünki həmin dövrdə partlayışdan 19 mil uzaqda insanlar qanunsuz olaraq işlədilib.

Mariykanın anası Lydia Sovenko "Sunday Express"ə açıqlamasında qızının sağlamlığı ilə bağlı deyilənləri təkzib edib.

"Əgər kimsə düşünürsə ki, qızım ikibaşlıdır, onlar tamamilə səhv edirlər", - qadın söyləyib.

Qeyd edək ki, 1986-cı il aprelin 26-da Çernobıl atom elektrik stansiyasın baş verən partlayış 7000-ə yaxın insanın ölümünə, 25 min nəfərin güclü radiasiya nəticəsində ömürlük şikəst qalmasına səbəb olub, on minlərlə insan isə sonsuz qalıb. Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90%-də əlillik yaranır.

Xatırladaq ki, qəzanın nəticələrinin aradan qaldırılması ücün 1986-ci ildə Çernobıla 7 min azərbaycanlı da göndərilib. Onların 2000 nəfəri şüalanmadan vəfat edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR