Slimfit
  1. BİOQRAFİYA

Qürurla xatırladıqlarımızdan: Dənizçi Ağarza Eyvazov

Qürurla xatırladıqlarımızdan: Dənizçi Ağarza Eyvazov
Sakura

Qürurla xatırladıqlarımızdan: Dənizçi Ağarza Eyvazov

Ağarza İbrahim oğlu Eyvazov 1929-cu il aprelin 29-da Bakı şəhərində anadan olub. 25 №-li məktəbdə təhsil alıb. 1946-cı ildə Bakı yunqa məktəbini əla qiymətlərlə bitirərək Bakı dəniz yolları məktəbinə daxil olub.

Dördüncü mexanik kimi əmək fəaliyyətinə başlayıb. 1952-1958-ci illərdə “Profintern” tankerində dördüncü, üçüncü, ikinci mexanik kimi üzüb. 1958-1961-ci illərdə “Qudurmes” tankerində artıq böyük mexanik kimi çalışıb.

1961-ci ildə “Krasnoye Sormovo” zavodunda “Sovet Türkmənistanı” dizel-elektroxodunun tikintisinə nəzarət etmək üçün Qorki (Nijni Novqorod) şəhərinə ezam olunan qrupa başçılıq edib. Gəmi-bərə suya salındıqdan sonra baş mexaniki təyin edilib. Sonralar “Naxçıvan”, “Selinoqrad” gəmilərində böyük mexanik işləyib.

Ağarza Eyvazov hədsiz dərəcədə işgüzar, bacarıqlı dənizçi kimi tanınıb, hörmət qazanıb. Dörd dəfə – 1953, 1957, 1964, 1969-cu illərdə Xəzər Dəniz Gəmiçiliyinin, 1975-ci ildə SSRİ Dəniz Donanması Nazirliyinin ən yaxşı mexaniki adına layiq görülüb. İqtisadi fayda verən neçə-neçə yeniliyin müəllifi – fəal səmərələşdirici olub. 1973-cü ildə istehsalatdan ayrılmadan Odessa Ali Dəniz Mühəndisləri Məktəbini bitirib. 

Böyük təşkilatçılıq qabiliyyəti, təsərrüfatçılıq məharəti nəzərə alınaraq Ağarza Eyvazov 1976-cı ildə Dəniz Nəqliyyatında Ticarət İdarəsinin rəisi təyin edilib və ömrünün sonunadək bu vəzifədə çalışıb.

 Ağarza Eyvazovun əməyi yüksək dəyərləndirilib – 1966-cı ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, orden və medallarla təltif olunub.

Ağarza  İbrahim oğlu Eyvazov 1994-cü il sentyabr ayında 65 yaşında qəflətən vəfat edib.

Sevda Abdullayeva,

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin  İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi

Mənbə: Seanews.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR