Slimfit
  1. İDMAN

Qurban Qurbanov sabahkı oyundan danışdı

Qurban Qurbanov sabahkı oyundan danışdı
Sakura

Qurban Qurbanov sabahkı oyundan danışdı

Mühüm oyuna hazırlaşırıq. Cavab matçında daha diqqətli olmalıyıq. Hər iki komanda qələbəyə iddialıdır. Sabahkı oyun nə qədər çətin olsa da, hamı üçün maraqlı olacaq. Çalışacağıq ki, uğurlu nəticə əldə edək.

Axar.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İrlandiyanın UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsində “Dundalk” komandası ilə keçiriləcək cavab oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında söyləyib. O deyib: “Bədavi Hüseynov fərdi məşqlərə başlamayıb. Dünən müayinədən keçdi və qərara alındı ki, müalicə davam etməlidir. Digərlərinə gəlincə, tam hazır olmasalar da, vəziyyətləri yaxşıya doğru gedir”.

Məşqçi Maqaye Qeye və Rerras Faysayın da durumuna da aydınlıq gətirib: “Hazırlıqları daha yaxşıdır. Amma öz optimal formalarından uzaqdırlar. Əsas heyətdə olmayacaqlar. Ən azından birinin “18-lik”də olmaq ehtimalı var”.

Qurban Qurbanov bütün rəqiblərə qarşı bəzi dəyişikliklər olduğunu diqqətə çatdırıb: “Öz oyun üslubumuzu qoruyub saxlamağa çalışmışıq. Rəqibin qarşısını da almaq lazımdır. Onların oyununu təhlil etmişik. Öz oyunumuzdan da imtina etməyəcəyik”.

Təcrübəli mütəxəssis Avropa Liqasında mübarizə aparan “Neftçi” və “Qəbələ”yə uğurlar arzulayıb: "Avrokubokda xallara ehtiyacımız var. Ölkə reytinqi yaxşılaşmalıdır. Keçmək bir yana, qələbə ilə mərhələ adlamaq daha yaxşı olar”.

Məşqçi Mahir Emrelinin İspaniya klubuna keçəcəyi ilə bağlı suala isə cavab verməyib. O, sabahkı matçı düşündüklərini və fikirlərini bu qarşılaşmaya yönəltdiklərini vurğulayıb.

Qeyd edək ki, iyulun 31-də “Dalğa Arena”da keçiriləcək “Qarabağ” – “Dundalk” matçı saat 21:00-da başlanacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR