Slimfit
  1. AZƏRBAYCAN

Qubanın məşhur hamamı təmir edilib, lakin...

Qubanın məşhur hamamı təmir edilib, lakin...
Sakura

Qubanın məşhur hamamı təmir edilib, lakin...

Quba şəhərinin mərkəzində yerləşən XVIII əsrə aid tarixi abidə - "Hündür gümbəzli hamam"  təmir edilərək turistlərin istifadəsinə verilib.Sovet illərinin son günlərinə qədər təyinatı üzrə istifadədə olunan hamam, müstəqillik illərində bağlanmıış, baxımsızlıqdan bir hissəsi uçulub sökülmüşdü. Yerli sakinlərin, rayon turizm idarəsinin çoxsaylı müraciətlərinə rəğmən tarixi abidənin təmir bərpası mümükün olmurdu.

 

Ötən ilin yanvar ayında ABŞ Dövlət Departamentinin Mədəni İrsin Qorunması fondu “Hündür gümbəzli hamam”ın təmir bərpa işlərinə başlayıb. 2018-ci ilin mart ayında Mədəniyyət və turizm nazirinin iştirakı ilə hamamın rəsmi açılış mərasimi keçirilib.

 

Hamamın tarixinə gəlincə... XVIII-XIX əsrlərə aid abidə “Çuxur hamam”, "Gümbəzli hamam", "Bəkir hamamı", "Məşədi Əlimərdan hamamı" adları ilə tanınır. Qubalılar deyir ki, hamamı XVIII-ci əsrin sonlarında Bəkir adlı imkanlı tacir tikdirib. Hamam 14 otaqdan ibarətdir. Bura hamamın giriş, geyinib soyunma (xəlvətxana), qazanxana, çimmə, istirahət, isti və soyuq su saxlanılan otaqları daxildir. Hamamdan qadınlar da istifadə edib. Onlar üçün hamamın arxa hissəsindən ayrıca girişi olan iki otaq nəzərdə tutulub. İsitmə sistemi qızıl kərpiclə çəkilən yeraltı borularla təmin edilib. Məşhur fransız yazıçısı Aleksandr Düma Qafqaz səyahəti zamanı "Çuxur hamam"da çimib. Yerli əhalinin söylədiyinə görə, 1918-ci ildə ermənilər Qubada törədilən soyqırımı zamanı adamları "Çuxur hamam"ın buxarında boğub, sonra isə cəsədləri çalaya töküblər.

 

Məzuniyyət günlərində fürsətdən istifadə edib “Hündür gümbəzli hamamı” ziyarət etmək qərarına gəldim. Hamamı ziyarət etmək üçün yerli vətəndaşlar 2, xarici turistlər isə 4 AZN-dən keçməlidirlər. Tarixi abidənin bələdçisi bildirdi ki, təmir-bərpa işi çoxlu çətinliklər yaradıb. İstifadəsiz qalan zamanlarda hamamın içinə atılan zibil tullantıları, istifadəsiz tikinti materialları təmizlənib. Daha sonra təcrübəli ustalar abidənin fasadını, uçulmuş hissələrini, giriş qapılarını, hücrələri bərpa ediblər. Rəsmi açılış tədbirindən sonra hamamı görməyə gələn yerli və xarici turistlərin sayı artıb. Bələdçi yağış yağanda hamamın daxilinə yığılan sulardan şikayət etd: “Təəssüf ki, hamamdan xaric olunmalı suyun yolu vaxtı ilə uçulub dağıldığı üçün axarın qarşısı bağlanıb və su hamamda yığılıb qalır. Bir neçə dəfə şəxsi vəsaitimiz hesabına FHN-nin köməkliyi ilə yığılan su zirzəmilərdən təmizlənib. Yaxşı olardı ki, məsul şəxslər sözügedən problemin həlli haqda fikirləşsinlər. Əks halda, böyük çətinlik və maliyyə hesabına bərpa edilən hamam yararsız hala düşə bilər”.

 

Xatırladaq ki, Şərq memarlıq üslubunda tikilmiş hamam Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur. / Şəhriyar Səmədov

 

Mənbə: Faktxəbər.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR