Slimfit
  1. AZƏRBAYCAN

“Qlobal Rəqabətlilik Hesabatı”: Azərbaycan yolların keyfiyyəti indeksi üzrə postsovet məkanında liderdir

“Qlobal Rəqabətlilik Hesabatı”: Azərbaycan yolların keyfiyyəti indeksi üzrə postsovet məkanında liderdir
Sakura

“Qlobal Rəqabətlilik Hesabatı”: Azərbaycan yolların keyfiyyəti indeksi üzrə postsovet məkanında liderdir

Dünya İqtisadi Forumunun yeni dərc olunan “Qlobal Rəqabətlilik Hesabatı”na əsasən Azərbaycan yolların keyfiyyəti indeksinə əsasən 34-cü yerdə qərarlaşmaqla postsovet məkanında lider ölkə olub.

AZƏRTAC xəbər verir ki, bu indeks üzrə ölkəmizin mövqeyi ötən illə müqayisədə iki pillə yüksəlib.

Dünyanın 140 ölkəsi arasında yol infrastrukturunun keyfiyyəti indeksi üzrə 34-cü pilləyə yüksəlməklə belə yüksək nəticənin əldə olunması son illər Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan yol infrastrukturunun genişləndirilməsi və təkmilləşdirilməsi işlərinin nəticəsində mümkün olub.

Yol şəbəkəsinin yenidən qurulmasının məntiqi nəticəsidir ki, “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan yolların keyfiyyəti indeksinə görə bir sıra Avropa dövlətlərini, o cümlədən Litva, Estoniya, Sloveniya, Norveç, İrlandiya, Belçika, İtaliya və digər ölkələri geridə qoymaqla əhəmiyyətli irəliləyiş əldə edib.

2018-ci ildə yolların keyfiyyətinə görə postsovet məkanında lider mövqedə olmaqla Azərbaycan Gürcüstanı 46 pillə, Rusiyanı 70 pillə, Qazaxıstanı 72 pillə, Ukraynanı isə 89 pillə qabaqlayıb.

“Qlobal Rəqabətlilik Hesabatı”na əsasən dünyada yolların keyfiyyəti indeksinə görə ilk beşlikdə Sinqapur, İsveçrə, Niderland, Honkonq və Portuqaliya qərarlaşıb.

Məlumat üçün qeyd edək ki, builki hesabata əsasən yolların keyfiyyəti indeksinə əsasən Türkiyə 33-cü, Azərbaycan 34-cü, Avstraliya isə 35-ci yerləri tuturlar.

Beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilən yol infrastrukturu dövlət başçısının daim diqqət mərkəzində olmaqla, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisi, habelə istər paytaxt Bakıda, istərsə də bölgələrdə müasir yolların salınması, ümumilikdə, ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin edir, regionların sosial-iqtisadi inkişafına xidmət edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR