Dərc edildi: Baxış sayı: 347
Qəzzanın cənubunda beş saatlıq atəşkəs elan edilib
Qəzza zolağının cənub bölgələrində beş saat davam edəcək atəşkəs rejimi tətbiq edilib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Məlumata görə, bu addım əcnəbi vətəndaşların anklavı tərk edə bilməsini təmin etmək, eləcə də Qəzzaya humanitar yardım göndərmək məqsədi daşıyır. Atəşkəs yerli vaxtla saat 09:00-da qüvvəyə minəcək (Bakı vaxtı ilə 10:00).
Qəzza ilə Misir arasındakı sərhəddə yerləşən Rəfah keçid məntəqəsində ən azı 100 yardım maşını toplanıb və humanitar dəhlizin açılmasını gözləyir.
Mənbə: TASS
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət