Qəzzada ciddi sığınacaq çatışmazlığı var – BMT
BMT-nin humanitar məsələlər üzrə rəhbəri Gemma Connell Qəzza zolağında köçkünlər üçün ciddi sığınacaq çatışmazlığının olduğunu deyib.
Ens.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə “The National” qəzeti məlumat yayıb.
Bir neçə həftədir Qəzza zolağında olan xanım Connell deyib ki, anklavda minlərlə insan dəfələrlə evlərini tərk edib və təhlükəsiz sığınacaq tapa bilmir.
“Qəzza zolağının cənubundakı Rəfah şəhərində nəqliyyat sıxlığı səbəbindən çoxlu köçkünlər sığınacaqsız qalıb. Burada Rəfahda o qədər az yer qalıb ki, insanlar hara gedəcəklərini bilmirlər. İnsanlar sanki şahmat taxtasında hərəkət edirlər, çünki hər zaman haradasa evakuasiya elanı var”, - o bildirib.
İsrail tərəfi bəyan edib ki, hərbçilər Qəzza zolağındakı döyüş bölgələrindən mülki insanları evakuasiya etməyə çalışır, lakin radikallar dinc əhalidən canlı qalxan kimi istifadə edirlər. Fələstinin Həmas hərəkatı ittihamları rədd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət