Palmira şəhərinin xarabalıqları dünyanın ən qədim və mühüm əhəmiyyətə malik arxeoloji meydançalarından…
Palmira Yaxın Şərqin arxeoloji cövhəri sayılır. Qədim teatr xarabalığı.
UNESCO-nun bildirdiyinə görə, Palmira şəhəri qədim dünyanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olub. Palmira Dəməşqdən 215 km şimal- şərqdə yerləşir.
1.1km uzunluğu olan küçənin cənub qurtaracağında Bel məbədi yerləşir. Bu məbəd unikal dizayna malikdir və 1-ci əsrdə Şərqin ən nüfuzlu dini təsisatlarından olub.
Palmira strateji baxımdan mühüm ərazidə yerləşir, paytaxt Dəməşq ilə Deir al-Zour şəhərləri arasında. Bu məntəqə qaz yataqlarına yaxındır.
Dörd il davam edən vətəndaş müharibəsi nəticəsində tarixi əhəmiyyətli arxeoloji nümunələrə ciddi zərər vurulub. Şəkildə mərmi dəymiş qədim divar göstərilib.
"Palmira Yaxın Şərqin böyük nailiyyəti olub, Roma İmperiyasının heç bir şəhərinə bənzəməyib", Warwick universitetinin Roma Yaxın Şərq irsi üzrə professoru Kevin Butcher qeyd edib.
"Şəhərin unikal mədəniyyəti və incəsənəti olub. Başqa şəhərlərdə torpaq mülkədarları və zadəganlar hökmranlıq edirdisə, Palmiraya əsasən tacirlər zümrəsi nəzarət edib. Onlar səhradan keçən tacir karvanlarının təhlükəsizliyi və təminatı ilə məşğul olurlarmış".
"Sanki Venesiya şəhəri kimi, Palmira nəhəng ticari nəqliyyat şəbəkəsinin qovşağı rolunu oynayıb. Sadəcə, Palmirada dənizi səhra, gəmiləri isə dəvələr əvəzləyib".
Mənbə: BBC Azərbaycan
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət