Slimfit
  1. TARİX

Tarixin ilk böyük kitabxanası- AŞŞURBANİPAL KİTABXANASI

Tarixin ilk böyük kitabxanası- AŞŞURBANİPAL KİTABXANASI
Sakura

Tarixin ilk böyük kitabxanası- AŞŞURBANİPAL KİTABXANASI

İnsanlıq tarixində ilk yazılı qaynaqların vətəni Yaxın Şərq regionu hesab edilir. Tarixi araşdırmalar sübut edir ki, e.ə 2600-cü ildə qədim Şumer məbədində mixi yazılı kitabələr mövcud olmuşdur. Tarixçilər tərəfindən şumer məbədləri ilk kitabxanalar hesab edilir.
Qədim Mesopotamiya mədəniyyətini tədqiq edən tarixçilər, Nippur şəhərində e.ə 1900-cü ilə aid kitabxana aşkar etmişlər. Bu dövrdə həmçinin Misirdə də firon kitabxanaları mövcud olmuşdur. Lakin, kitabların ayrı-ayrı kateqoriyalar üzrə qurulduğu tarixin ilk böyük kitabxanası Qədim Assuriyada e.ə VII əsrdə yaranmışdır. Bu kitabxana hökmdar Aşşurbanipalın (e.ə 685-627) adı ilə bağlıdır. Assuriyanın paytaxtı Nineviyada yerləşən bu zəngin kitabxana XIX əsrdə ingilis tədqiqatçısı Ostin Henri Layard tərəfindən aşkar edilmişdir. 1847-ci ildə Layard, Fərat çayı sahilində Kuyuncik təpəsində arxeoloji tədqiqat apararkən saray xarabalıqlarına rast gəlmişdir. Araşdırmalarına davam edən Layard, aşkar edilən sarayın Aşşurbanipala məxsus olduğunu öyrənmişdir. Beləliklə saray xarabalıqları arasında tarixin ən qədim kitabxanası aşkar edilmişdir. Aşşurbanipalın kitabxanasında mixi yazılı kitabələr, aşşur, şumer, babil xalqlarının yaradıcılıq nümunələri tapılmışdır. Araşdırmalar burada 30 min kitabın toplandığını sübut edir. Tapılan kitabların və incəsənət nümunələrinin əksəriyyəti İngiltərəyə aparılmışdır.



Müəllif: Elbrus Möhsümov, "Tarix Səyyahı" səhifəsinin idarəçisi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR