Slimfit
  1. AZƏRBAYCANLI

"Qarabağın məşhur müəllimləri" - Nəcəf bəy Vəzirov

"Qarabağın məşhur müəllimləri" - Nəcəf bəy Vəzirov
Sakura

"Qarabağın məşhur müəllimləri" - Nəcəf bəy Vəzirov

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Nəcəf bəy Vəzirovdur. O, 1854-cü ildə Şuşa şəhərində anadan olub. Ədibin maarifçilik ideyalarına xidmət edən zəngin yaradıcılığı milli dramaturgiyamızın inkişafında mühüm yer tutur.

Nəcəf bəy bir müddət Bakı şəhər maarif şöbəsi rəisinin müavini işləyib və müəllimi Həsən bəy Zərdabi ilə birlikdə doğma xalqının maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyə ocaqlarının açılmasında yaxından iştirak edib. O, Bakıda Kənd təsərrüfatı texnikumunda müəllimlik edib. 

Əsərlərinin qonorarını xeyriyyə cəmiyyətlərinə köçürən Nəcəf bəy deyirdi:“Bu mənim prinsipimdir. Hələ vicdanımı itirməmişəm ki, xalqımın maariflənməsinə kömək edən yazılarımdan qazanc götürəm”.

Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR