Slimfit
  1. İQTİSADİYYAT

Deputat: "Hesablama Palatası büdcədən yayındırılmış vəsaitlərin geri qaytarılması üçün real addımlar atıb"

Deputat: "Hesablama Palatası büdcədən yayındırılmış vəsaitlərin geri qaytarılması üçün real addımlar atıb"
Sakura

Deputat: "Hesablama Palatası büdcədən yayındırılmış vəsaitlərin geri qaytarılması üçün real addımlar atıb"

 

Bu gün qarşıda duran ən mühüm vəzifələrdən biri büdcə vəsaitlərindən düzgün və səmərəli istifadə olunması, eləcə də büdcədən yayınmaların qarşısının alınmasıdır.

“Ens.Az” xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2024-cü ildəki fəaliyyəti barədə hesabatının müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bu, dövlətdən daha çevik və ardıcıl siyasət, həmçinin islahatların həyata keçirilməsini tələb edir: “Bunu nəzərə alaraq Azərbaycanın müvafiq qurumları iqtisadiyyatın şaxələndirilməsi istiqamətində real addımlar atır”.

Deputat bildirib ki, təqdim olunan hesabat elmi-metodologiyaya və real iqtisadi göstəricilərə əsaslanaraq hazırlanıb və görülən işləri, həyata keçirilən tədbirləri dolğun şəkildə əks etdirir.

O vurğulayıb ki, eyni zamanda, hesabatda yer alan rəqəmlər büdcəyə nəzarətin gücləndirildiyini və büdcədən yayındırılmış vəsaitlərin geri qaytarılması istiqamətində Hesablama Palatası tərəfindən real addımlar atıldığını göstərir.

C.Məmmədov qeyd edib ki, dövlət qurumları da bu məsələyə daha həssas yanaşmalı, maliyyə vəsaitlərinin düzgün və məqsədyönlü xərclənməsinə nəzarəti gücləndirməlidirlər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR