Slimfit
  1. CƏMİYYƏT

Hesablama Palatası Nazirlər Kabinetinə tövsiyələr paketi təqdim edib

Hesablama Palatası Nazirlər Kabinetinə tövsiyələr paketi təqdim edib
Sakura

Hesablama Palatası Nazirlər Kabinetinə tövsiyələr paketi təqdim edib

 

Hesablama Palatası həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirləri müşahidə edilən hallar əsasında Nazirlər Kabinetinə tövsiyələr paketi təqdim edib.

"Ens.az" “Report”a istinadla xəbər verir ki, bunu Palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib.

Onun sözlərinə görə, paketə kənd təsərrüfatı sahəsində maliyyələşmə mexanizmləri, büdcə vəsaitindən istifadə üzrə normativlər, onların şamil olunduğu qurumlar, vahid büdcə təsnifatı, büdcədənkənar dövlət fondlarının investisiya fəaliyyəti ilə bağlı tənzimləmələrin təkmilləşdirilməsi, ətraf mühitə təsir edən bəzi təsərrüfatlar üzrə tənzimləmələrin yaradılması ilə bağlı tövsiyələr daxildir.

Sədr həmçinin qeyd edib ki, Palata dövlət maliyyəsi ilə əhatə edilən sahələr üzrə hüquqi aktlara, o cümlədən Vergi Məcəlləsində, "Gömrük tarifi haqqında", "Nağdsız hesablaşmalar haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələrinə, dövlət investisiyalarının monitorinqi və qiymətləndirilməsi bağlı sənədlərin layihələrinə də münasibət bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR