Slimfit
  1. CƏMİYYƏT

Daxili Qoşunların Baş İdarəsinin hərbçilərinin maaşları yeni redaksiyada təsdiqlənib

Daxili Qoşunların Baş İdarəsinin hərbçilərinin maaşları yeni redaksiyada təsdiqlənib
Sakura

Daxili Qoşunların Baş İdarəsinin hərbçilərinin maaşları yeni redaksiyada təsdiqlənib

 

Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yeni redaksiyada təsdiq edilib.

Ens.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Eyni zamanda, həmin qərara əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin (aparat) dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yeni redaksiyada təsdiq edilib.

Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin tabeliyində olan qurumlarda çalışan dövlət qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yeni redaksiyada təsdiq edilib.

Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

Bu qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR