Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qanda şəkərin səviyyəsini idarə edən 8 bitki hansıdır

Qanda şəkərin səviyyəsini idarə edən 8 bitki hansıdır
Sakura

Qanda şəkərin səviyyəsini idarə edən 8 bitki hansıdır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, dünyada hər il təxminən 2 milyon insan şəkərli diabetdən və onun ağırlaşmalarından dünyasını dəyişir. Müalicə edilmədikdə diabet müxtəlif növ fəsadlara yol açır, tədricən sağlamlığı məhv edir.

Qanda şəkərin səviyyəsini tənzimləmək və diabetin inkişaf riskini azaltmaq istəyirsinizsə, bu 8 bitkiyə diqqət yetirməlisiniz.

Bədənin ümumi sağlamlığı, xüsusən şəkərin yaratdığı xəstəliklərə qarşı mübarizə üçün son dərəcə vacib olan bəzi otları qeyd edirik.

Sarımsaq

Sarımsağın müalicəvi xüsusiyyətləri çoxdan bəllidir, lakin qlükoza səviyyəsini aşağı salma qabiliyyəti bu yaxınlarda aşkar edilmişdir. Sarımsağın tərkibində allisin kimi kimyəvi maddələr var ki, bu, bədəndə insulin istehsalını artırır.

Nəticə: Qanda qlükoza səviyyəsini idarə edir və diabetin inkişaf riskini azaldır. Gündəlik 1-2 diş sarımsağın istifadəsi məsləhət görülür və öz yaşadığınız bölgədə yetişən sarımsağa üstünlük verməyiniz daha yaxşı olar.

Andız kökü

Bu güclü vasitə insulin istehsalını artırır və bədənin immunitet qabiliyyətlərini yüksəldir.

Andız otunun kpkündən hazırlanan çayı müntəzəm içmək diabet xəstəliyini idarə etməyə kömək edir.

Zəncəfil

Zəncəfil də yüksək qan şəkərinə qarşı mübarizədə güclü bir müttəfiq ola bilər. Yalnız müntəzəm olaraq istifadə edin, lakin az miqdarda.

Jenşen

Jenşen otunun bütün xüsusiyyətləri arasında ən əhəmiyyətlisi qlükoza azaltma qabiliyyətidir.

Çobanyastığı

Çobanyastığı bədənimiz üçün çox vacib bir otdur, çünki qaraciyəri təmizləmək və sinir sistemini rahatlaşdırmaqdan əlavə, şəkərin qandan çıxarılması xüsusiyyətinə malikdir.

Çobanyastığı çayı hər yeməkdən sonra tövsiyə olunur.

Adaçayı

Adaçayından hazırlanan çay qaraciyəri ifraz edir, qan şəkərini idarə edir, insulinin təsirini artırır və şirniyyatlara olan istəkləri azaldır.

Darçın

Bu ədviyyə normal qan şəkəri səviyyəsini qoruya biləcək heyrətamiz xüsusiyyətlərə malikdir.

Gündəlik darçın qəbulu qanda qlükoza və xolesterin səviyyəsinin aşağı düşməsinə kömək edir.

Şüyüd

Bu ot qan qlükoza səviyyəsini aşağı salmağa kömək edən bir neçə maddədən ibarətdir. Yeməklərinizə əlavə edərək təzə şüyüd istifadə etmək, həmçinin şüyüd toxumlarından çay içmək tövsiyə olunur.

Vacibdir!

Ens.az bildirir ki, bu bitkilərdən biri və ya daha çoxu ilə müalicəyə başlamazdan əvvəl həkiminizlə məsləhətləşssəniz, daha yaxşı olar.

Mənbə: vesti-ua.net

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR