Slimfit
  1. ELM

Qadınlar kişilərdən daha dayanıqlıdırlar

Qadınlar kişilərdən daha dayanıqlıdırlar
Sakura

Qadınlar kişilərdən daha dayanıqlıdırlar

Tədqiqatçılar aclıq və epidemiya kimi çətin şərtlər altında qadınların həyatda qalma şansının kişilərdən yüksək olduğunu bildiriblər.

AZƏRTAC “Proceedings of the National Academy of Sciences” dərgisinə istinadla xəbər verir ki, aparılan araşdırma nəticəsində qadınların kişilərdən daha dayanıqlı olduğu açıqlanıb.

Alimlər qıtlıq və xəstəlik zamanı erkən dünyalarını dəyişən adamları araşdıraraq təxminən son 250 ildəki ölüm məlumatlarını analiz ediblər.

Elm adamları tarixi məlumatlara əsasən normal şərtlər altında olduğu kimi aclıq və xəstəliklər zamanında da qadınların kişilərdən daha çox yaşadığını bildirib. Böhran vəziyyətlərində yeni doğulan qız uşaqlarının həyatda qalma ehtimallarının oğlan uşaqlarına nisbətən daha yüksək olduğu qeyd edilib. Alimlər ortalama yaşam müddətinin qadınlarda daha çox olmasını körpəlikdən qazanılmış dayanıqlılıqla əlaqələndiriblər. Böhran vəziyyətlərində qadınların sahib olduğu üstünlüyün genetik ya da hormonlar kimi bioloji faktorlarla bağlı ola biləcəyinə diqqət çəkən araşdırmaçılar qadınlardakı estrogen hormonunun yoluxucu xəstəliklərə qarşı immunitet sistemini inkişaf etdirdiyini bildiriblər.

Tədqiqat nəticəsində hər iki cins arasında ölüm hallarının çox yüksək olduğu dönəmlərdə qadınların kişilərdən altı aydan dörd ilədək daha çox yaşadığı məlum olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR