Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qadının ən böyük düşməni: parabenin zərərləri

Qadının ən böyük düşməni: parabenin zərərləri
Sakura

Qadının ən böyük düşməni: parabenin zərərləri

Bir çox kosmetik məhsulların tərkibinə paraben adlı maddə qatılır. Kosmetika istifadə edən xanımlar yəqin ki, bu sözü tez-tez eşidir. Bəs, görəsən, bu maddə nədir? Onun rolu nədən ibarətdir?

 

Parabenə “kosmetik vasitələrin qoruyucusu, yaxud onların ömrünü uzadan maddə” demək daha düzgün olar. Odur ki, o, qadınların ən böyük düşmənidir. Çünki məhsulun ömrünü uzatmaq üçün istifadə edilən bu maddə dəridə allergik reaksiyalara səbəb olur, qocalma prosesini sürətləndirir.

Parabenin kosmetik məhsulların tərkibinə qatılmasına 80-ci illərdən başlanıb. Benzoik turşunun bir törəməsi sayılan paraben kosmetik vasitələrdə “propylparaben”, “methylparaben” və “buthylparaben” kimi maddələrlə birlikdə istifadə edilir.

 

Paraben haralarda istifadə edilir?

Parabenlər dərman və yemək kimi məhsullar istisna olmaqla hər yerdə ola bilər. Məsələn, kosmetik vasitələr (tonal krem, pudra, göz kölgəsi, maskalar, makiyaj təmizləyicilər, pomada və s.) və dəriyə qulluq məhsullarının (losyon və kremlər, diş pastaları, şampunlar, saçlara qulluq vasitələri, günəş yağları, dəri təmizləyicilər, toniklər, deodorantlar) tərkibində rast gəlinir.

 

Kimlər parabenlərin təsirinə daha çox məruz qalır?

Araşdırmalar göstərir ki, qadınlar hər gün təmizlik və qulluq məqsədi ilə təxminən 8 kosmetik məhsuldan istifadə edir. Parabenlər, əslində, qalıcı deyil. Yəni, ömrü qısadır. Lakin paraben ehtiva edən losyon, krem və ya buna bənzər məhsullardan tez-tez istifadə edən qadınlarda yüksək miqdarda paraben olur.

 

Zərərləri nədir?

Sinə xərçəngi xəstəliyi olan qadınlar üzərində aparılan araşdırmalar nəticəsində alınan şiş nümunələri içində bol miqdarda paraben maddəsi olduğu ortaya çıxıb. Bədəndə hormanal təsirləri artıran kimyəvi maddələrin istifadə edilməsi, xüsusilə sinə xərçənginin yayılmasına səbəb olduğu deyilir.

Bəzi alimlərin fikrincə, qoltuq altı üçün istifadə edilən məhsullar paraben ehtiva etdiyindən daha çox döş xərçənginə səbəb olur. Amma döş xərçənginin yeganə səbəbi parabenli məhsullar ola bilməz. Buna görə də, tədqiqatçılar arasında fikir ayrılığı hökm sürür. Bəzilərinin fikrincə, paraben döş xərçənginin yaranmasına səbəb olur, bəziləri isə parabenin bu qədər güclü maddə olmadığı qənaətindədir.

 

Paraben istifadə etmək doğrudurmu?

Kosmetik vasitələrin tərkibində paraben olub-olmaması barədə məlumat qanunla müştərini məlumatlandırmaq məqsədi ilə etiket üzərinə yazılmalıdır. Müştərilər üçün bu, əhəmiyyətli məlumatdır. İstifadə edib-etməmək müştərinin qərarından asılıdır. Çünki kosmetik məhsullardan tamamilə imtina etmək mümkün deyil.

Odur ki, dərinizin parabenlə təmas etməsini istəmirsinizsə, məhsulların tərkibində “methylparaben”, “ethylparaben”, “propylparaben”, “butylparaben” və ya “benzylparaben” olmamasına diqqət etməli, son istifadə tarixini diqqətli yoxlamalısınız.

Parabenlərin istifadəsi kosmetika bazarında qadağan edilməsə də, müəyyən iri istehsalçılar müştərilərin tələblərini nəzərə alaraq tərkibinə həmin maddənin qatılmadığı məhsullar istehsal etməyə çalışırlar.

 

Mənbə: Gəncailə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR