Dərc edildi: Baxış sayı: 453
“Putinlə deyil, sakinlərlə danışmaq lazımdır” - Zelenskiyə cavab
“Ukrayna prezidenti Vladimir Zelenski Donbassı regionun sakinləri ilə müzakirə etməlidir. Krımla bağlı isə deyiləcək bir şey yoxdur”.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, Ukrayna prezidenti Vladimir Zelenskinin Putinlə görüşəcəyi təqdirdə işlədəcəyi sözlərə də münasibət bildirib.
“Biz Ukrayna prezidentinin işlətdiyi o ifadələri gördük. Donbassla bağlı Putinlə deyil, oranın sakinləri ilə danışmaq lazımdır. Krımla bağlı isə deyiləcək bir şey yoxdur”.
O, həmçinin Rusiya prezidentinin Zelenski ilə görüşəcəyi təqdirdə ilk işlədəciyi ifadələrlə bağlı deyib ki, Putin həmişə “doğru ifadələrlə” söhbətə başlayır.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyi təqdirdə söhbətə hansı sözlə başlayacağını açıqlayıb. Zelenski görüşə “Donbass və Krım Ukraynanındır” cümləsi ilə başlayacağını bildirib.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət