Putin Ərdoğanla görüşdə İdlibdə şəhid olan əsgərlərdən danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyada rəsmi səfərdədir.
“Qafqazinfo” “Milliyət”ə istinadən xəbər verir ki, səfər çərçivəsində Moskvada İdlib zirvə görüşü baş tutacaq.
Rusiya Prezidenti Vladimir Putinlə keçiriləcək ikili və heyətlərarası görüşlərdə əsas müzakirə mövzusunun İdlib olacağı gözlənilir.
***
Rusiya və Türkiyə Prezidentləri arasında görüş başlayıb.
“İdlib danışıqları ilə əlaqədar görüşümüz mühüm əhəmiyyət kəsb edir. Bölgədəki problem çox böyükdür. Bilirəm, dünyanın gözü hazırda buradadır. Bu gün atacağımız addımlar və verəcəyimiz düzgün qərarlar bölgəni və ölkələrimizi rahatlaşdıracaq”,- deyə Ərdoğan bildirib.
***
"Suriyada həyatını itirən Türk əsgərləri üçün başsağlığı diləyirəm. Türk ordusunun orada olduğu bilinmirdi. Suriyadakı vəziyyət bizim birbaşa görüşməyimizi vacib qıldı. Son hadisələrin Türkiyə və Rusiya əlaqələrinə zərər verməməsi üçün Suriya mövzusunda bütün məsələləri nəzərdən keçirmək lazımdır. Suriya ordusunun həqiqətən ciddi itkiləri var. Buna görə də bu hadisənin bir daha təkrarlanmaması və Türkiyə-Rusiya münasibətlərinə zərər verməməsi üçün danışıqları davam etdirməyimiz faydalıdır. ", deyə Vladimr Putin qeyd edib.
***
“TRT Haber” xəbər verir ki, görüşdə Türkiyənin əsas tələbi Soçi razılaşmasına əməl olunmasıdır.
Ərdoğan - Putin görüşündən sonra nümayəndə heyətləri arasında da danışıqlar baş tutacaq.
Görüşdən sonra Prezidentlərin birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət