Slimfit
  1. SİYASƏT

Prezident: “SOCAR-ın təkbaşına iştirak etdiyi “Ümid”-“Babək” layihələrində işlər plan üzrə gedir”

Prezident: “SOCAR-ın təkbaşına iştirak etdiyi “Ümid”-“Babək” layihələrində işlər plan üzrə gedir”
Sakura

Prezident: “SOCAR-ın təkbaşına iştirak etdiyi “Ümid”-“Babək” layihələrində işlər plan üzrə gedir”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.

Dövlətimizin başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib.

Ens.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin müsahibəsindən növbəti fikirləri təqdim edir:

“Bizim əsas gəlir mənbəyimiz “Azəri-Çıraq-Günəşli” yatağıdır. Orada işlər plan üzrə gedir. İndi orada yeni layihə icra edilir - “Mərkəzi-Şərqi Azəri” adlanan layihə. Bu layihənin dəyəri təxminən, 7 milyard dollara yaxındır və onun icrası nəticəsində artıq yeni mənbələrdən hasilat artacaq. Təbii azalmanı elə bil ki, kompensasiya edəcəkdir. “Azəri-Çıraq-Günəşli” yatağında hazırda 120-dən çox quyu fəaliyyətdədir və eyni zamanda, bu yatağın çox zəngin qaz ehtiyatları var. Ona şərti olaraq “dərin qaz” deyilir və indi “dərin qaz”ın işlənməsi ilə əlaqədar Dövlət Neft Şirkəti öz tərəfdaşları ilə müvafiq işlər aparır”.

“Şahdəniz-2” layihəsi icradadır. Artıq TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Əgər bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdəyik və bu, həm bizim üçün, həm Türkiyə üçün çox önəmlidir”.

“Bu gün Türkiyəyə qaz qardaş ölkədən gəlir və bu qazın həcminin artırılması istiqamətində əlavə addımlar atılacaq və “Abşeron” yatağından çıxarılacaq. İkinci fazadan çıxarılacaq qaz TANAP xətti ilə Türkiyəyə ötürüləcək və digər bazarlara ötürülə bilər. Eyni zamanda, “Qarabağ” yatağının işlənilməsi ilə əlaqədar işlər plan üzrə gedir. Bax, burada gördüyümüz dayaq bloku artıq dənizdədir, dənizə göndəriləcək və ümid edirəm ki, bir-iki ildən sonra “Qarabağ” yatağından ilk neft hasil ediləcək. Bu yatağın özəlliyi ondadır ki, orada neft ehtiyatları daha çoxluq təşkil edir və bizim hasilatımızın sabit saxlanması üçün bunun böyük əhəmiyyəti var”.

“Digər çox perspektivli layihə “Dayazsulu Abşeron” adlandırılır. Bir neçə aydan sonra o yataqlarda ilk qazma işləri aparılacaq. Ümid edirəm ki, orada da böyük neft ehtiyatını aşkar edəcəyik. SOCAR-ın təkbaşına iştirak etdiyi “Ümid”-“Babək” layihələrində də işlər plan üzrə gedir. Bu da çox perspektivli layihələrdir və bizim planımızda bu layihənin investisiya tutumunu, hasilatı artırmaq var. Çünki yenə də deyirəm, daxili tələbat üçün bizə daim enerji resursları lazımdır və ixrac potensialımız da təmin ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR