Slimfit
  1. GÜNDƏM

Polkovnik Cəlil Xəlilov: Ordumuz bu gün bir daha sübut etdi ki...

Polkovnik Cəlil Xəlilov: Ordumuz bu gün bir daha sübut etdi ki...
Sakura

Polkovnik Cəlil Xəlilov: Ordumuz bu gün bir daha sübut etdi ki...

Azərbaycan ordusu bu gün bir daha sübut etdi ki, istənilən təxribatın qarşısını almağa qadirdir. Bu qarşıdurma ordumuzun gücü ilə yanaşı, Minsk qrupunun səmərəsiz fəaliyyətini də isbatlamış oldu.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilova məxsusdur.

Məlum olduğu kimi, bu gün düşmən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində ağır artilleriyadan istifadə etməklə təxribata cəhd edib. Azərbaycan ordusunun sayıqlığı və layiqli cavab zərbəsi nəticəsində düşmən hücumu dəf edilib, ciddi itkilərə məruz qalan işğalçı geri çəkilməyə məcbur olub.

Cəlil Xəlilov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Bu gün Ermənistan ordusu növbəti dəfə təxribata cəhd edərək təmas xəttinin Tovuz istiqamətində hücuma keçərək Azərbaycan ordusunun mövqelərinə doğru irəliləməyə çalışıb. Lakin şanlı Azərbaycan ordusunun əks-zərbəsi nəticəsində ağır itkilərə məruz qalan düşmən geri çəkilməyə məcbur olub. Düşmən ordusunun qəfil hücumu Azərbaycan ordusu tərəfindən qətiyyətlə dəf edilib, əsgərlərimiz yenə də böyük qəhrəmanlıq və fədakarlığa imza atıb.

Düşmənin bugünkü təxribatı Azərbaycan ordusunun istənilən təxribatın qarşısını almağa, düşmənə layiqli cavab verməyə qadir olduğunu sübut etməklə yanaşı, Ermənistanın Qarabağ problemini sülh yolu ilə həll etməkdə maraqlı olmadığını, hər zaman olduğu kimi, bu gün də hərbi müstəvidə təxribatlardan imtina etmədiyini göstərir. Bu gün baş verənlər ATƏT-in Minsk qrupu həmsədrlərinin siyasi fəaliyyətinin nə qədər yarıtmaz və faydasız olduğunu da bir kəs daha təsdiq etmiş oldu.

Hesab edirəm ki, başda Minsk qrupu olmaqla, bütün beynəlxalq təşkilatlar, həmçinin dünyanın aparıcı dövlətləri Ermənistanın bu təxribatını qınamalı, təcavzükar dövlətə qarşı ciddi təzyiq və sanksiyalar tətbiq etməlidir. Bütün dünya bilməlidir ki, düşmənin təxribatları müharibənin yenidən alovlanması, fasiləsiz hərbi əməliyyatların bərpası ilə nəticələnə bilər ki, buna görə bütün məsuliyyət işğalçı Ermənistanla yanaşı, həm də baş verənlərlə bağlı uzun illərdir ki, laqeydlik sərgiləyən beynəlxalq təşkilatların üzərinə düşəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR