Slimfit
  1. SİYASƏT

Polad Bülbüloğlu: “Moskva Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün platforma olmaqda davam edir”

Polad Bülbüloğlu: “Moskva Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün platforma olmaqda davam edir”
Sakura

Polad Bülbüloğlu: “Moskva Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün platforma olmaqda davam edir”

“Moskva Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün platforma olmaqda davam edir”.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu “TASS”a müsahibəsində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.

“Bu gün biz Rusiyaya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün göstərdiyi vasitəçilik səylərinə görə minnətdarıq və Moskva sülh danışıqları üçün platforma olmaqda davam edir”, - diplomatik missiyanın rəhbəri qeyd edib.

Nümunə olaraq səfir Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə 2023-cü ilin iyulunda baş tutan son üçtərəfli görüşü, həmçinin Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi işçi qrupunun fəaliyyətini xatırladıb. Belə ki, bu çərçivədə Moskvada regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələlərinə dair bir neçə dəfə görüşlər keçirilib.

“Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası artıq tarixə çevrilmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiya Federasiyasının rolunu yüksək qiymətləndirir. Prezident İlham Əliyev son müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin hərbi əməliyyatların dayandırılmasında şəxsi rolunu yüksək qiymətləndirib”, - diplomat vurğulayıb.

O, həmçinin, Azərbaycan və Ermənistan liderlərinin MDB dövlət başçılarının Sankt-Peterburqda ənənəvi olaraq Yeni il öncəsi keçirilən qeyri-rəsmi sammiti çərçivəsində danışdıqlarını da xatırladıb:

“Bu cür tədbirlər çərçivəsində dövlət rəhbərlərinin “ayaq üstə” qısa söhbətlər aparmaq fürsətindən istifadə etməsi adi bir təcrübədir. Azərbaycan ondan çıxış edir ki, görüşlər müstəsna olaraq regionda uzunmüddətli sülh, sabitlik və təhlükəsizliyin tezliklə bərqərar olmasına yönəlməlidir və vurğulamaq istəyirəm ki, artıq yaxşı nəticələr verən birbaşa ikitərəfli danışıqların aparılması təcrübəsi mövcuddur. Başımızın üstündə dinc səmaya ehtiyacımız var”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR