Slimfit
  1. MARAQLI

Plutonun kəşfi amerikalı dahi riyaziyyatçı xanım Elizabet Uilyamsın sayəsində baş verdi

Plutonun kəşfi amerikalı dahi riyaziyyatçı xanım Elizabet Uilyamsın sayəsində baş verdi
Sakura

Plutonun kəşfi amerikalı dahi riyaziyyatçı xanım Elizabet Uilyamsın sayəsində baş verdi

Ens.az saytı bildirir ki, 1930-cu ildə cırtdan planet olan Plutonun kəşfindən 90 il keçir. Astronomiyanın bu nailiyyəti inanılmaz riyazi qabiliyyətləri ilə bəşəriyyətin Günəş sistemi ilə bağlı fikirləri arasındakı boşluğu doldurmağa imkan verən amerikalı alim Elizabet Uilyamsız mümkün olmazdı.

Elizabeth Uilyams, "kompüter-adam", Flagstaff, Arizona ştatındakı Louell Rəsədxanasında. Parlaq riyaziyyatçı, 1930-cu ildə Plutonun kəşfi üçün yol açdı

Onun adı çox da geniş yayılmadı və yalnız həmin dövrdən gəlib çatan bir neçə fotoşəklilə xatirələri saxlanılır.

Hələ 1905-ci ildə onu da "insan kompüteri" adlandıra biləcəyimiz Amerika astronomu Persival Louell tərəfindən sözdə X Planetinin varlığını proqnozlaşdırdı. O, planetin Uran və Neptun arasında bir yerdə olacağını hesablamışdı. Qeyd edək ki, Elizabet Uilyams, elit Massaçusets Texnologiya İnstitutunu 1903-cü ildə fərqlənmə diplomu ilə bitirmiş və fizika dərəcəsi almış ilk qadın idi.

Amerika Astronomiya Cəmiyyətinin yanvar ayı hesabatına görə, Uilyamsın hesablamaları Louell-in sonradan Pluton adlandırdığı planetin axtarışında mühüm rol oynadı. Pluton, 18 fevral 1930-cu ildə, Louellin ölümündən sonra Klayd Tombo tərəfindən kəşf edildi. Tədqiqatlarında bu 24 yaşlı Amerika astronomu Louell və Uilyamsın elmi fərziyyələrindən və nailiyyətlərindən geniş istifadə etdi.

Pluton, Günəş sisteminin cırtdan planeti, 1930-cu ildə kəşf edildi

X Planetini kəşf etmək üçün ən mürəkkəb hesablamaları apararkən Elizabet Uilyams, Amerika Astronomiya Cəmiyyətinin iddiasına görə, eyni vaxtda sağ əli ilə yazır və sol əli isə mətni çap edirdi.

Elizabet Uilyamsın parlaq işi, NASA-nın fəaliyyətində mühüm rol oynayan qadın riyaziyyatçılarının gələcək uğurlarının müjdəçisi oldu. Afromerikalılardan Ketrin Conson, Doroti Voqan və Meri Ceksonun kosmik araşdırmalara verdikləri əvəzsiz töhfə 2016-cı ildə çəkilən "Gizli rəqəmlər" bədii filmində əks olunub ( ing. - Hidden Figures) .

E.Uilyams 1922-ci ildə astronom Corc Hamiltonla ailə həyatı qurdu. Louell Rəsədxanasının arxivində olan məlumata görə, cütlük işdən çıxaraq Yamaykaya köçmüş və oradakı Harvard Kolleci Rəsədxanasında işləməyə başlamışdı. Həyat yoldaşının ölümündən sonra Elizabet Nyu-Hempşir ştatının Lebanon şəhərində yaşayan bacısının yanına köçür və burada onlat yay tətili üçün nəzərdə tutulan bir otelə sahib olurlar. Elizabet Uilyams 1981-ci ildə 101 yaşında vəfat etdi.

Mənbə: kontinentusa.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR