Dərc edildi: Baxış sayı: 530
Pentaqon koronavirusa qarşı vaksinin sınağına başladı
Pentaqon koronavirusun müalicəsi üçün nəzərdə tutulan vaksinin sınaqlarına başlayıb.
Axar.az xəbər verir ki, bu barədə amerikalı general Pol Fridrix jurnalistlərə açıqlamasında deyib.
O, sınaqların bir neçə ay davam edəcəyini bildirib:
“Biz testlərə bu gün başladıq. Lakin vaksinin artıq hazır olduğunu deyə bilmərik. Proses həftələrlə deyil, aylarla davam edəcək”.
Fridrix qeyd edib ki, vaksinin bir neçə növü artıq heyvanlar üzərində dərhal təhlükəsiz şəkildə sınaqdan keçirilir:
“Təhlükəsiz olarsa, əvvəlcə kiçik bir qrup, uğurlu olarsa isə böyük insan qrupları üzərində sınaqlar tətbiq ediləcək”..
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət