Dərc edildi: Baxış sayı: 411
Pasport və yeni nəsil şəxsiyyət vəsiqəsi blanklarının idxalı ƏDV-dən azad edilib
Prezident İlham Əliyev 1 iyul 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edib.
"Ens.az" “Report”a istinadla xəbər verir ki dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, xaricdə çap olunmuş pasport və yeni nəsil şəxsiyyət vəsiqəsi blanklarının idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət