Slimfit
  1. AZƏRBAYCAN

Paşinyan Qarabağ mövqeyindən geri çəkilir, danışıqlarda... – Erməni deputat açıqladı

Paşinyan Qarabağ mövqeyindən geri çəkilir, danışıqlarda... – Erməni deputat açıqladı
Sakura

Paşinyan Qarabağ mövqeyindən geri çəkilir, danışıqlarda... – Erməni deputat açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl də bildirib ki, Qarabağ danışıqlarını Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma rejimin mövqeyindən yox, Ermənistanın xüsusi mövqeyindən aparacaq.

Publika.az
 xəbər verir ki, bu barədə “Mənim addımım” blokundan seçilən deputat Ruben Rubinyan deyib.

Rubinyan bildirib ki, Vyana və Sankt-Peterburq görüşlərində nail olunmuş razılaşmalar Ermənistan tərəfinin gündəmində qalmağa davam edir.

“Azərbaycan Prezidenti İlham Əliyevlə Paşinyanın Düşənbədəki qeyri-rəsmi danışıqları kontekstində heç bir ziddiyyət yoxdur. Tərəflər arasında razılaşma belə idi ki, təmas xəttində silahlı toqquşmalar aradan qaldırılsın. Bunun nəticəsində İrəvanla Bakı arasında xüsusi əlaqə yarandı. Bu, hazırkı mərhələdə gərginliyin əhəmiyyətli dərəcədə azalmasına imkan verir”, - deyə o bildirib.

Erməni deputat ABŞ prezidentinin müşaviri Con Boltonun İrəvanda olarkən Paşinyanın seçkilərdə qalib gələcəyi təqdirdə Ermənistanın danışıqlarda ciddi güzəştlərə getməli olduğu barədə açıqlamasına münasibət bildirməkdən imtina edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR