Dərc edildi: Baxış sayı: 231
Parlament müəllimlərin sertifikasiyası ilə bağlı dəyişikliyi qəbul edib
Məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilir.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bununla bağlı "Təhsil haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Qeyd edək ki, hazırda ilk dəfə işə qəbul olunan müəllimlər 5 il müddətində sertifikatlaşdırmadan keçmirlər.
Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda qəbul edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət