Slimfit
  1. MARAQLI

Parisdə dayanacaqlar meşə sahələri ilə əvəzlənəcək

Parisdə dayanacaqlar meşə sahələri ilə əvəzlənəcək
Sakura

Parisdə dayanacaqlar meşə sahələri ilə əvəzlənəcək

Fransanın paytaxtı Paris şəhərində dayanacaqları "şəhər meşələri" ilə əvəz etməyə hazırlaşırlar.

"Report"AvroPlus"a istinadən xəbər verir ki, Fransa paytaxtının meriyası 2020-ci ilin sonuna kimi şəhərdə dörd meşə sahəsinin yaradılması planını açıqlayıb.

Qeyd edilir ki, şəhər meşələrində şam ağacları, tozağacları və başqa ağaclar əkiləcək. "Şəhər meşələri" Paris meriyasının , "Qarne Operası" teatrının, Lion vağzalının qarşısında, habelə Sena sahili boyunca salınacaq. 

Bitkilər hazırda yol hissələri və ya avtomobil dayanacaqlarının tutduğu yerlərdə əkiləcək. Meşələrin özləri həmçinin piyada yolları və skamyalarla təchiz olunacaq. 

Meriyada əlavə ediblər ki, bu, Parisi 2024-cü ildə keçiriləcək yay Olimpiya oyunlarında daha çox "yaşıl şəhər" etmək layihəsinin vəzifələrindən biridir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR