Slimfit
  1. MARAQLI

Öz ölümünü əvvəlcədən görən adamın Üçüncü Dünya Müharibəsi haqqında proqnozları

Öz ölümünü əvvəlcədən görən adamın Üçüncü Dünya Müharibəsi haqqında proqnozları
Sakura

Öz ölümünü əvvəlcədən görən adamın Üçüncü Dünya Müharibəsi haqqında proqnozları

Alman mədənçi Alois İrlmaier öz ölümü də daxil olmaqla bir çox mühüm hadisəyə qarşı düzgün proqnozları ilə tanınır.

Metbuat.az xəbər verir ki, alman adam bir çox insan üçün düzgün proqnozlarına görə böyük bir dahi kimi qəbul edilib.

Ölkəsində sehrbaz və şarlatan olmaqla günahlandırılan və 1959-ci ildə həyatını itirən İrlmaierin Üçüncü Dünya Müharibəsi haqqında olduqca maraqlı proqnozları var.

1894-cü ildə anadan olan İrlmaier qazma quyu mədən fəhləsi və çubuq ilə mədən kəşfiyyatçısı kimi çalışırdı. Proqnozları üzündən bir dövr hakim qarşısına çıxan Alman adamın ölmədən əvvəlki son sözləri isə “Gördüyüm şeyləri yaşamaq məcburiyyətində qalmayacağım üçün, getdiyimə (öləcəyimə ) sevinirəm” olub. Üçüncü Dünya Müharibəsi ilə bağlı proqnozunda isə, müharibənin Orta Şərqdə başlayacağını deyib.

İrlamaierin Üçüncü Dünya Müharibəsinə münasibətin ifadələri arasında bunlar yer alır “Hər şey sülhə çağırır. Sonra hər şey ortaya çıxır və açıq olur. Orta Şərqdə birdən yeni bir müharibə alovlanır, böyük dəniz qüvvələri dənizdə düşmənlərlə üz-üzə qalır! Vəziyyət olduqca gərgindir! Amma əsl qığılcım Balkanlarda alovlanır.”

“Böyük bir şeyin düşdüyünü görürəm. Dərhal yanında qanlı bir xəncər durur. Sonra da zərbə təsiri çox açıq olacaqdır. İki nəfər qurum sıralamada üçüncü sırada olan birini öldürəcək. Bu iki şəxs həmin şəxsi öldürmək üçün başqasından pul almış şəxslər olacaq. Qatillərdən biri kiçik-balacaboy qara bir adam və digəri isə bir az daha uzun və açıq rəngli saçı olan biridir. Məncə bu hadisə Balkanlarda baş verəcək amma bunu tam olaraq deyə bilmərəm. Bu hadisənin intiqamı ucsuz-bucaqsız su üzərindən həyata keçiriləcək”.

Kahin açıqlamalarına bunları da əlavə edir "Üçüncü Dünya Müharibəsi mütləq baş verəcək, amma ilini öncədən görə bilmirəm. Amerika Birləşmiş Ştatlarının "Böyük Şəhəri" (Paytaxt ola bilər) raketlərlə məhv ediləcək və Qərb bölgələri Asiyalılar tərəfindən işğal ediləcək. Amma bu işğalçılar geri qaytarılacaq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR