Dərc edildi: Baxış sayı: 2140
Operativ Qərargah: Xüsusi karantin rejimini pozanlar inzibati və cinayət məsuliyyəti daşıyır
Xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada inzibati və cinayət məsuliyyəti daşıyır.
Ens.az xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.
"Bir daha vətəndaşlarımızı COVID-19 virusu ilə mübarizədə sosial məsuliyyətdən irəli gələrək həmrəylik nümayiş etdirməyə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına əməl etməyə, özlərinin və yaxınlarının sağlamlığını qorumağa çağırırıq", - məlumatda bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət