Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Onurğa sütununun sınıqları

Onurğa sütununun sınıqları
Sakura

Onurğa sütununun sınıqları

Onurğa sütununun sınıqları — adətən hündürdən yıxıldıqda, əyilmiş vəziyyətdə ağır əşyanın kürəyə düşməsi zamanı, onurğa sütununa güclü zərbə olduqda baş verir.

Onurğa travmaları kiçik bir yumşaq toxuma əzilməsindən onurğa sınığı və onurğa beyni zədələnməsinə qədər bir sıra şiddətdə ola bilər. Onurğa sınıqları və çıxıqları onurğa beyni zədələnməsinə və beləliklə iflicə səbəb ola bilər. Onurğa yaralanmalarının müalicə üsulu da zədələnmənin ağırlığından asılıdır.

Sınıqların 5-10%-i boyun fəqərələrində, 70%-i döş və bel fəqərələrində, qalan hissəsi isə oma və büzdüm nahiyyəsində olur. Ən çox yaralanan bölgə onurğanın ən hərəkətli hissəsi olan döş və bel fəqərələrinin birləşdiyi 12-ci döş və 1-ci bel fəqərələridir. 

Onurğa sütununun sınıqlarının simptomları

  • Onurğa sınıqlarının əlamətləri (simptomları) zədənin şiddətindən aslı olaraq dəyişir. Onurğa sınıqlarında aşağıdakı simptomlar müşahidə edilə bilər:
  • Boyun, döş vəya bel ağrısı;
  • Uyuşma, əzələ spazmı;
  • Ətraflarda zəiflik;
  • Qeyri-iradi nəcis və sidik ifrazı;
  • Ətraflarda (qollarda və ya ayaqlarda) hərəkət və hissiyatın olmaması – iflici;

Onurğa beyini zədələndikdə ətraflarda hərəkətin və hissiyatın itməsi baş verir. Zədələnmişin öz başına bədəninin vəziyyətini dəyişmək cəhdləri ağrı şoku ilə ağırlaşa bilər. Bu simptomlar müşahidə olunarsa, ən qısa zamanda həkimə müraciət edilməlidir. Onurğa sınıqlarının ilk simptomları zədənin şiddətindən və yerindən asılı olaraq dəyişir. Boyun, döş, bel ağrısı və əzələ spazmı əsas əlamətlərdir. Onurğa beyninin zədələnməsi hallarında qol və ayaqlarda uyuşma, güc itirilməsi, sidik-nəcis ifrazatı aktlarının kontroldan çıxması və s. kimi müxtəlif şikayətlər ola bilər. Sinir zədələnməsi olan xəstələr iflic və onun gətirdiyi problemlərlə qarşılaşırlar. Onurğa travması alan xəstənin köçürülməsi üçün təcili yardım həkimi və mütəxəssis paramediklər gözlənilməlidir. Xəstə tam hərəkətsiz olmalıdır. 

İlk yardım

İlk növbədə zədələnmişi sakit etmək, onun hərəki aktivliyini minimuma çatdırmaq lazımdır. Bu həm şokun, həm də, onurğa beyin zədələnməsinin qabağını alır. Sonra zədələnmə yerindəcə yaralını bərk xərəkəqoymaq lazımdır.Bunu bir dəfəyə 3-4 adamın iştirakı ilə etmək lazımdır. Bunlar öz əlləri ilə xəstənin bədəninin altında dayaq əmələ gətirir (biri başı və boyunu saxlayır, qalanları kürəyi, beli, çanağı və ayaqları). Xərəyə aparıb qoymağı maksimal ehtiyyatla etmək lazımdır; bu zaman onurğanın nə köndələn, nə dairəvi (rotasion) deformasiyalarına imkan verməmək lazımdır. Onurğa sütununun boyun nahiyəsinin sınmasına şübhə olduqda boyun altına bu nahiyənin fizioloji əyriliyinə uyğun balışça qoyub, başın bütün istiqamətlərdə hərəkətini qadağan edirlər. Onurğa sütünu zədələnmişlərə şok əleyhinə ağrıkəsici vurub (promedol, morfin) yalnız ixtisaslaşdırılmış nəqliyyatla xəstəxanaya çatdırmaq lazımdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR