Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ölümə səbəb ola biləcək turşular: “Satış azaldılmalıdır”

Ölümə səbəb ola biləcək turşular: “Satış azaldılmalıdır”
Sakura

Ölümə səbəb ola biləcək turşular: “Satış azaldılmalıdır”

Qış aylarında ən çox istifadə edilən qidalardan biri də turşular olmasına baxmayaraq, tez-tez onun zərərləri və zəhərlənmə hadisələri ilə də rastlaşırıq .

Xatırladaq ki, noyabr ayının 30-da iki tələbə oğlan da kirayələdikləri evdə turşudan zəhərlənərək, 3 saylı şəhər xəstəxanasına yerləşdirilib, lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Hazırda Bakıda, eləcə də ölkənin digər şəhər və rayonlarında turşuların açıq şəkildə, qablarda, vedrələrdə, bununla yanaşı vannalarda da satıldığının şahidi oluruq.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirir ki, turşular insan üçün zərərlidir:

“Bu səbəbdən də evlərdə turşu hazırlanması, eləcə də bazarlarda mümkün qədər turşu satışı azaldılmalıdır. Elə olmalıdır ki, insanlar ancaq sənayə üsulu ilə hazırlanan turşuları alıb istifadə etsinlər. Bunu da ən vacib hallarda etmək olar.

Turşular insanların tədricən zəifləməsinə, bəzən isə ölümü ilə nəticələnə bilər. Turşudan zəhərlənənlərin sayı qış aylarında artmağa başlayır”.

E.Hüseynov qeyd edir ki, AİB Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyilə regionlarda yeni layihə həyata keçirməyə hazırlaşır:

“Layihə plastik qablarda turşuların qoyulma və satılmasının qarşısını almaq üçündür. Turşulardan başqa plastik qablarda üzüm yarpaqları da saxlanılaraq, satılır. Həmin məhsulların üzərinə kimyəvi aktiv maddələr, sirkə tökürlər. Bunlar isə insan sağlamlığı üçün çox zərərlidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR