Slimfit
  1. TEXNOLOGİYA

OLED ekranlı smartfonlar artıq 2019-cu ildə bazarda üstünlük təşkil edəcək

OLED ekranlı smartfonlar artıq 2019-cu ildə bazarda üstünlük təşkil edəcək
Sakura

OLED ekranlı smartfonlar artıq 2019-cu ildə bazarda üstünlük təşkil edəcək

Ens.az Ixbt.com resursuna istinadən xəbər verir ki, 2025-ci ilə qədər smartfon bazarında OLED-in payı 73%-ə qalxacaq.

IHS-in növbəti araşdırması onu göstərir ki, artıq növbəti ildə OLED ekranlı smartfonlar LCD ekranla təchiz olunmuş modelləri ikinci sıraya çıxararaq bazarda üstünlük təşkil etməyə başlayacaq.

2016-cı ildə OLED ekranlı smartfonların bazar payı 40,8% idi, 2018-ci ildə o 45,7%-ə qədər qalxıb. Proqnoza görə 2019-cu ildə smartfonların yarısından çoxu (50,7%) OLED ekranla təchiz olunacaq. Pulla ifadədə bu 20,7 milyard dollar təşkil edir. LCD ekranlı smartfonlara bazarın 49,3% payı düşəcək, onların satışından gələn gəlir isə 20,1 milyard dollar təşkil edəcək. Tendensiya saxlanacaq, 2025-ci ilə qədər smartfon bazarında OLED payı 73%-ə qalxacaq.

18,5:9 tərəf münasibətli OLED ekranla təchiz olunmuş modellər daha populyar smartfonlar olacaq ki, onlar da ön panelin 90%-dən çox hissəsini tutacaq.

OLED bazarının 95%-dən çox payına məxsus olan Samsung Display hələlik lider olaraq qalır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR