Slimfit
  1. MƏDƏNİYYƏT

Novruz tapmacaları 2023

Novruz tapmacaları 2023
Sakura

Novruz tapmacaları 2023

Kəmərim qırmızı,

Yaşıl köynəyəm. Novruz bayramında, Hər bir evdəyəm. (Səməni)

Harayçıyam, hayçıyam, Bahar sözlü payçıyam, Sinəm ağ, belim qara Quyruqdan da qayçıyam. (Qaranquş)

Qab-qacağım, yarağım, Başımda da darağım. Uzaq yerlerden uçub, Mən özümü yetirrəm. Baharın xəbərini, Elə müjdə gətirrem. (Şanapipik)

Alov deyil, fanaram, Ayı, günü sanaram. Novruzun xonçasında, Hər bir ada yanaram. (Şam)

Özüm isti, rəngim al, Ağrı-dərdi məndə sal. (Tonqal)

Qapısız günbəzəm, Üzüm ağ, içim sarı. Novruzda bəzənərəm, Qırmızı, yaşıl, sarı. (Yumurta)

Papağı qara, Köynəyi ağdı. Novruz süfrəsində, Təpədi, dağdı. 

(Plov)

Ağızı bağlı, bizə tanış, Ayparadı, üstü naxış. (Şəkərbura)

Deyirmi, tağalağam, Qat-qat paltar geyərəm. (Qoğal)

Yayma, baca, Barmaqladım, Atdım saca. (Fəsəli)

Taxta təndir gələr xoşa, Çörəyi bişirər qoşa. (Qoz)

Hər yanı taxta, Yumru bəy otaqda. (Fındıq)

Atılır, düşür, oynayır, Sacda qırmızı boyanır. (Qovurğa)

Ağ qəsirin içində Köynəyi yaşıl yatıb.[1] (Püstə)

Papağın var yamyaşıl altında bahar yuvası (kosa)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR