Slimfit
  1. CƏMİYYƏT

Növbəti onlayn sınaq imtahanı keçiriləcək

Növbəti onlayn sınaq imtahanı keçiriləcək
Sakura

Növbəti onlayn sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzinin (DİM) mütəxəssislərinin hazırladığı "ProctorDİM" adlı xüsusi proqram təminatı vasitəsilə növbəti onlayn sınaq imtahanı keçiriləcək.
Ens.az xəbər verir ki, DİM-dən Azvision.az -a bildirilib ki, proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də kamera vasitəsilə istifadəçinin özü videonəzarətə götürülür və bütün imtahan prosesi videoya  çəkilərək mərkəzə ötürülür.
 
İstifadəçilərin imtahana daxil ola bilmələri üçün üztanıma proqramı vasitəsilə şəxsiyyətləri dəqiqləşdirilir.
 
Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izlənilir. İmtahan başa çatan kimi istifadəçi topladığı bal haqqında məlumat alır.
 
İmtahan iştirakçıları proqram vasitəsilə Azərbaycan dilindən fərqli dildə olan 11-ci sinif şagirdlərinin verdiyi Azərbaycan dili (dövlət dili) imtahanını verə bilərlər.
 
Onlayn sınaq imtahanında iştirak etmək istəyənlər Mərkəzin internet saytında “Şəxsi kabinet” açdıqdan (şəxsi kabineti olmayanlar) sonra verilən linkdə (https://eservices.dim.gov.az/elimt/BurSinaq) qeydiyyatdan keçməlidirlər.
 
İmtahanda iştirak ödənişsizdir.
 
İmtahana qeydiyyat bu gün saat 11:30-dan 17:00-dək aparılır. İmtahanın iyunun 9-u saat 12:00-da keçirilməsi nəzərdə tutulur. İmtahanda hələlik 500 istifadəçinin iştirakı planlaşdırılır.
 
Onlayn sınaq imtahanında iştirak etmək üçün istifadəçi “ProctorDİM” proqramını yükləyib kompüterinə quraşdırmalıdır (https://otk.az/ProctorDIM/ProctorDIM.zip).
 
Kompüterinizdə proqramı istifadə edə bilmək üçün lazımi sistem tələbləri ilə qeydiyyat səhifəsində tanış ola bilərsiniz (https://eservices.dim.gov.az/elimt/BurSinaq/SystemReqiurements).

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR