Slimfit
  1. AVTO VƏ MOTO

Nəsillərin döyüşü: elektromobil BMW i3s Dodge Charger-ə qarşı

Nəsillərin döyüşü: elektromobil BMW i3s Dodge Charger-ə qarşı
Sakura

Nəsillərin döyüşü: elektromobil BMW i3s Dodge Charger-ə qarşı

Alman şirkəti BMW yeni i3s elektromobilini 1970-ci ilin buraxılışı olan Dodge Charger-ə qarşı çıxardı ki, onun necə sürətli olduğunu nümayiş etdirsin.

Bu yaxınlarda təqdim olunmuş BMW i3s özündə kompakt elektokarı təcəssüm etdirir. Bu elektrokarın gücü 184 at gücü təşkil edir ki, bu da standart modifikasiyadan 14 dəfə çoxdur. Bundan başqa S modeli yol işıqlanmasının 10mm azaldılması, arxa tərəfin 40mm genişləndirilməsi, fərqli yay, amortizator və stabilizator, təkər və bamperi ilə seçilir.

BMW i3s-in gediş ehtiyatı 200km təşkil edir, lakin əlavə olaraq 647 sm3 həcmli iki silindrli benzin motoru əldə edilə bilər ki, bu da batareyanın doldurulması üçün istifadə oluna bilər. Onun köməyi ilə gediş ehtiyatı 330km-ə qədər artır. Ev elektrik şəbəkəsinin istifadəsi ilə 33kVt/saat həcmli batareyanı 80%-ə 11 saat müddətində doldurmaq olar, BMW i Wallbox isə isə 2 saat 45 dəqiqəyə doldurmaq mümkündür.

Kompakt elektrokar yerindən 100km/s-a qədər 6,9 saniyəyə sürət yığır, bununla yanaşı 60km/s sürəti cəmi 3,7 saniyəyə yığır. Maksimum sürət 150km/s təşkil edir. BMW şirkəti bu maşınla dreq-reysinq təşkil edərək i3s modelinin nə dərəcədə sürətli olmasını nümayiş etdirir. Bu elektrokar üçün ən tipik rəqib olmasa belə bundan nəsillərin yaxşı döyüşü alınıb.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR