Slimfit
  1. AZƏRBAYCANLI

Azərbaycanlı dizaynerin Kaliforniya “Tank”ı

Azərbaycanlı dizaynerin Kaliforniya “Tank”ı
Sakura

Kaliforniyanın amerikan şirkəti Rezvani Tank adlı yolsuzluq avtomobili təqdim edib, bu dizaynı məşhur…

Kaliforniya “Tank”ı barədə məlumat azdır: o 6,4 litrli 507 at gücünə malik Chrysler V8 mühərriki və avtomatik ötürmə qutusu ilə təchiz olunub. Çərçivə platforması sirli olaraq qalır, amma mühərrik SRT yolsuzluq avtomobili və ya Dodge pikapının “gücləndirilmiş” versiyasına işarə edir. İnterter isə digər amerika avtomobili Jeep Wrangler-I yamsılayır. Salon dəri və alkantarla döşənib, rahatlıqlardan – proyeksiyalı displeyli 7,9 dyüm diaqonallı ekranlı multimedia sistemi var.

Avtomobilin arxa qapıları girişə əks tərəfə açılır, əlavə olaraq amortizatorlu 152mm asılqan, damda led “lüstr”, vinç, elektrikli ayaq pedalı və gecə görmə cihazı. Lakin ən maraqlısı odur ki, əlavə ödənişlə Tankı gülləkeçirməz şüşələr, deşilməyə qarşı müfadiəsi olan möhkəmləndirilmiş şinlər və hətta yanacaq çəni, rediator və altını qoruyan zirehlə təchiz etmək olar.

Rezvanidən “Tank” sifarişləri yaydan başlamışdı – şirkət onu “Taktiki şəhər avtomobili” adlandırmışdı (Tactical Urban Vehicle) və potensial müştərilərdən əvvəlcədən 1000 dollar ödəniş almışdı. İndi isə Tankın baza komplektinin qiyməti məlum oldu: hədələyici görünüşü olan yolsuzluq avtomobili alıcılara 178500 dollara başa gələcək. Digər əlavələrin qiymətləri hələlik naməlumdur.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR