Slimfit
  1. İQTİSADİYYAT

Neftin tədricən bahalaşacağı gözlənilir

Neftin tədricən bahalaşacağı gözlənilir
Sakura

Neftin tədricən bahalaşacağı gözlənilir

İlin əvvəlindən neftin qalxıb-enən qiymətinin artmasına təsir göstərən əsas faktor kimi "OPEC+" sazişinin qüvvəyə minməsi göstərilir. Mayın 1-də qüvvəyə minən sazişə əsasən, istehsalçı ölkələr neft hasilatını gündəlik 10 milyon barel azaldıblar. Nəticədə, bazarda müşahidə olunan neft bolluğu nisbətən azalıb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qarşıdakı aylarda qiymətlərin bir qədər də artacağını proqnozlaşdırır: "Martın sonu və aprel aylarında neftin qiyməti çox ucuz olduğundan kifayət qədər ehtiyatlar toplanılıb və bunların bir hissəsi – təqribən 200 milyon barelə yaxını tankerlərdə saxlanılır. Bu isə gündəlik xərc tələb edir və neft tacirləri xərclərini çıxartmaq üçün neftin qiymətinin artmasında maraqlıdırlar, hətta bu vəziyyətdə onların qiymətləri artırmaq üçün müəyyən sövdələşmələrə getdiyini də iddia edənlər var".

 

İlham Şaban bildirib ki, neft qiymətlərinə təsir edən başqa bir amil isə dünya ölkələrinin koronavirusa qarşı tətbiq etdiyi karantin rejimini tədricən yumşaltmasıdır. İnsanların avtomobillərdən və digər nəqliyyat vasitələrindən daha çox istifadə etməsi yanacağa tələbin artmasına səbəb olub: "Bazar iştirakçıları hesab edirlər ki, neft artıq ən aşağı qiymətini gördü və bundan sonra artma gedəcək. Yəni ən pisi geridə qalıb. Bundan sonra artıq pandemiyanın təsirlərinin azalacağı, karantin qaydalarının yumşaldılacağı gözlənilir. Nəticədə yanacağa tələbin artması neftin də bahalaşmasına səbəb olacaq".

Mənbə: Kommersant.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR